Doha hazırda Tehranla əlaqə saxlamır, ölkənin müdafiəsinə və əhalisinin təhlükəsizliyinin təmin edilməsinə diqqət yetirir. Bu barədə Qətər baş nazirinin müşaviri və Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari bildirib.
“Hazırda [İran] hökuməti ilə qarşılıqlı əlaqədə deyilik. Təsəvvür edə biləcəyiniz kimi, ölkəmizi qorumağa və Qətər xalqının təhlükəsizliyini təmin etməyə diqqət yetiririk. Ünsiyyət kanallarını həmişə açıq saxlayacağıq, amma hazırda İran tərəfi ilə əlaqə saxlamırıq”, – deyə o, CNN-də bildirib. Diplomat vurğulayıb ki, Qətər rəhbərliyi “vəziyyətin necə inkişaf etməsindən asılı olmayaraq, sonda dialoq yolu ilə həll yolu tapılacağına” inanır.
