Pakistan ABŞ və İran arasında danışıqlarda baş vasitəçi rolunu oynamağa davam edəcək və Qətərin təşəbbüsü ələ keçirmək planı yoxdur. Bu barədə baş nazirin müşaviri və əmirliyin Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari bildirib.
Diplomat brifinqdə məsələ ilə bağlı sualı cavablandırarkən bildirib ki, “Biz Pakistanın rəhbərlik etdiyi vasitəçiliyi dəstəkləyirik. Pakistan bizi bu nöqtəyə gətirməkdə mühüm rol oynayıb və ABŞ ilə İran arasında əsas vasitəçi rolunu oynamağa davam edəcək”.
