Amerika prezidenti Donald Tramp Obama administrasiyasının Ukraynaya 350 milyard dollar dəyərində silah göndərməsini “dəlilik” adlandırıb.
Tramp Fransada keçirilən G7 sammitinin kənarında deyib: “Biz onlara (Kiyev ) silah satırıq, sadəcə təhvil vermirik. Obama onlara 350 milyard dollar dəyərində silah verdi ki, bu da sadəcə dəlilik idi. Avropa İttifaqı bizə Ukrayna üçün silahların tam qiymətini ödəyir”.
Demokrat meylli Amerika mediası hazırkı dövlət başçısını Obama administrasiyası və 46-cı prezident Co Baydenin Kiyevə yardımının məbləği ilə bağlı açıqlamalarına görə tənqid edir. CNN-in məlumatına görə, Obama Ukraynaya 2,1 milyard dollar yardım göstərib. Lakin kanal konkret məbləği göstərmir. (Tass)
