May 27, 2026-3:01
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Qarabağ və Şərqi Zəngəzur aqrar inkişafın yeni mərkəzinə çevrilir

2026:05:26 - 15:12
in İQTİSADİYYAT
A A

Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər və qarşıya qoyduğu vəzifələr göstərir ki, Azərbaycan aqrar sektorun inkişafında yeni mərhələyə qədəm qoyur. “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair “Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” ölkənin ərzaq təhlükəsizliyi, regional inkişaf, ixrac potensialının artırılması və kəndlərin sosial-iqtisadi dirçəlişi baxımından strateji əhəmiyyət daşıyan mühüm sənəd kimi qiymətləndirilir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib. O bildirib ki, Prezidentin çıxışı Azərbaycanda kənd təsərrüfatının yalnız iqtisadi sahə deyil, milli təhlükəsizlik, sosial rifah, məşğulluq və regional inkişafın əsas istiqamətlərindən biri kimi qəbul edildiyini bir daha təsdiqləyir: “Son 20 ildə regionlarda həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri aqrar sektorun inkişafı üçün fundamental baza formalaşdırdı. Qazlaşdırmanın yüksək səviyyəyə çatdırılması, elektrik təminatının tam stabilləşdirilməsi, magistral və kənd yollarının tikilməsi, su anbarlarının yaradılması və yeni suvarma sistemlərinin tətbiqi kənd təsərrüfatında məhsuldarlığın və məşğulluğun artmasına ciddi təsir göstərdi. Taxtakörpü, Şəmkirçay, Göytəpə kimi iri layihələr, kanalların yenidən qurulması və müasir su infrastrukturu bölgələrin iqtisadi potensialını əhəmiyyətli dərəcədə genişləndirdi. Ölkə başçısının qeyd etdiyi kimi, dövlət proqramları nəticəsində vaxtilə zəifləyən və ya demək olar ki, sıradan çıxmış sahələr yenidən inkişaf etməyə başladı. Pambıqçılıq, baramaçılıq, üzümçülük, fındıqçılıq kimi ənənəvi istiqamətlərə verilən dövlət dəstəyi həm istehsalın artmasına, həm də kənd yerlərində məşğulluğun genişlənməsinə səbəb oldu. Xüsusilə pambıqçılıqda istehsalın 20 min tondan 360 min tondan artıq səviyyəyə yüksəlməsi həyata keçirilən siyasətin nəticəsini açıq şəkildə nümayiş etdirir. Azərbaycan bir sıra kənd təsərrüfatı məhsulları üzrə özünü təmin edən və ixrac potensialını artıran ölkəyə çevrilib. Meyvə, bostan məhsulları, şəkər, yumurta və digər istiqamətlər üzrə göstəricilər bunu təsdiqləyir. Bəzi məhsullar üzrə ölkə artıq ixrac edən dövlət statusunu gücləndirib. Eyni zamanda, bu statistik məlumatlar yeni investisiya istiqamətlərini də ortaya qoyur. Prezident İlham Əliyev çıxışında son illər kənd təsərrüfatında müşahidə olunan durğunluğun narahatlıq doğurduğunu açıq şəkildə bildirdi. Bu isə dövlət idarəçiliyində mövcud vəziyyətin obyektiv qiymətləndirilməsi və nəticəyönümlü siyasətin davam etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”.

Deputatın sözlərinə görə, hazırlanacaq yeni Dövlət Proqramının əsas məqsədi məhz bu dinamikanı yenidən gücləndirmək, aqrar sektoru daha modern və rəqabətqabiliyyətli mərhələyə çıxarmaqdır: “Yeni proqramın əsas istiqamətlərindən biri idxaldan asılılığın azaldılmasıdır. Xüsusilə buğda, bitki yağları, quş əti, kərə yağı və bəzi digər məhsullar üzrə daxili istehsalın artırılması prioritet kimi müəyyən olunub. Hazırda Azərbaycanın buğda üzrə özünü təminetmə səviyyəsi 55 faizdir və bu göstəricinin artırılması strateji vəzifə hesab olunur. Azərbaycanın daxili istehsal imkanlarını maksimum genişləndirməsi zəruri hesab olunur. Müşavirədə məhsuldarlığın artırılması ilə bağlı konkret hədəflər də müəyyən edildi. Taxılçılıqda məhsuldarlığın hektardan 5 tona çatdırılması, pambıqçılıqda məhsuldarlığın artırılması, müasir suvarma sistemlərinin 300 min hektar sahədə tətbiqi, intensiv bağçılığın genişləndirilməsi və yeni istixana komplekslərinin yaradılması qarşıdakı dövrün əsas prioritetləri kimi təqdim olundu. Bölgələrdə yaşayış şəraiti, sosial xidmətlər, məşğulluq imkanları və infrastruktur elə səviyyədə qurulmalıdır ki, insanlar doğma torpaqlarında yaşamağa üstünlük versinlər. Son illərdə regionlarda xəstəxanaların, məktəblərin, xidmət sektorunun inkişafı və yeni iş yerlərinin yaradılması da məhz bu siyasətin tərkib hissəsidir. Azad edilmiş ərazilərdə həyata keçirilən aqrar və su layihələri də müşavirədə xüsusi yer tutdu. Qarabağ və Şərqi Zəngəzurda su anbarlarının bərpası, yeni kanalların tikilməsi və müasir suvarma sistemlərinin qurulması həmin bölgələrin böyük aqrar potensialının reallaşdırılmasına xidmət edir. Azərbaycanın su ehtiyatlarının mühüm hissəsi məhz bu ərazilərdə formalaşır və onların səmərəli idarə olunması ölkənin kənd təsərrüfatı inkişafında strateji rol oynayacaq. Müşavirədə kənd təsərrüfatında rəqəmsallaşma, süni intellekt, peyk texnologiyaları və torpaq analizləri ilə bağlı məsələlərə də xüsusi diqqət yetirildi. Torpaqların “pasportlaşdırılması”, məhsuldarlığın elmi əsaslarla müəyyən edilməsi və subsidiya mexanizmlərinin çevik şəkildə yenilənməsi aqrar sektorun idarə edilməsində yeni yanaşmanın formalaşdığını göstərir”.

Deputat qeyd edib ki, Prezidentin investorlara ünvanladığı çağırış da xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı bildirdi ki, kənd təsərrüfatının inkişafı yalnız dövlət dəstəyi ilə deyil, özəl sektorun fəal iştirakı ilə mümkün olacaq. İlkin hesablamalara görə, proqram çərçivəsində dövlət tərəfindən 2 milyard manatdan çox, özəl sektor tərəfindən isə 3 milyard manatdan artıq investisiyanın yatırılması nəzərdə tutulur. Bu isə aqrar sektorun qarşıdakı illərdə Azərbaycanın ən mühüm investisiya istiqamətlərindən birinə çevriləcəyini göstərir.

“Fikrimcə, Prezidentin müşavirədəki çıxışı bir daha göstərdi ki, Azərbaycan kənd təsərrüfatının inkişafına artıq yalnız sosial və iqtisadi sahə kimi deyil, milli inkişaf strategiyasının əsas sütunlarından biri kimi yanaşır. Yeni Dövlət Proqramı ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi, idxaldan asılılığın azaldılması, ixrac potensialının genişləndirilməsi, regionların inkişafı və kənd əhalisinin rifahının yüksəldilməsi baxımından mühüm dönüş mərhələsi olacaq”, – deyə müsahibimiz əlavə edib.

Əvvəlki Yazı

Sabunçu və Beyləqan xəstaxanalarına direktorlar təyin edildi

Növbəti Yazı

Azərbaycanın aqrar sektorunda yeni mərhələ

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.