Avqust 18, 2026-9:00
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Qarabağın sənət inciləri – Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı 

2026:01:22 - 12:46
in MƏDƏNİYYƏT
A A

AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı.

Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialında sərgilənən sənət nümunələri qədim Qarabağ torpağının ruhunu, əsrlər boyu bu məkanda yaşayıb-yaratmış insanların, o cümlədən sənətkarların həyat və məişətini, estetik zövqünü və bədii dünyagörüşünü hiss etməyə, həmin tarixi mühiti təsəvvür etməyə imkan yaradır.

Filialın XIX əsrin ikinci yarısında tikilmiş binası şəhərin Yuxarı məhəlləsində yerləşir. İşğal dövründə yararsız hala düşmüş binada şəhər azad edildikdən sonra bərpa işləri aparılıb.

Hazırda muzeydə vaxtilə təxliyə edilmiş və əsasən XVIII–XX əsrlərə aid eksponatlarla yanaşı, son illərdə filialın kolleksiyasına daxil edilən dəyərli xalçalar da nümayiş etdirilir. Ekspozisiyada xovlu və xovsuz xalçalar, xalça məmulatları, arxeoloji materiallar, milli tikmə və geyim dəstləri, həmçinin zərgərlik və bədii metal nümunələri yer alır.

Ziyarətçilərin eksponatlar haqqında daha dolğun məlumat əldə etmələri üçün ekspozisiyada sensor ekran quraşdırılıb. Ekranda Qarabağın, xüsusilə Şuşanın maddi və qeyri-maddi irs nümunələri, kübar ailələri, xarici kolleksiyalarda qorunan Qarabağ xalçaları, eləcə də Şuşa filialının 1992–2022-ci illər ərzindəki fəaliyyəti barədə ətraflı məlumatlar təqdim olunur.

Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialını ziyarət edən qonaqlar Qarabağın zəngin mədəni irsi ilə yaxından tanış olur və xoş təəssüratlarla ayrılırlar.

 

Əvvəlki Yazı

Azərbaycanın turizm imkanları Tailandda tanıdılıb

Növbəti Yazı

Sənətin ilmə-ilmə qorunduğu məkan – Azərbaycan Milli Xalça Muzeyi

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.