Avqust 18, 2026-7:48
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Sənətin ilmə-ilmə qorunduğu məkan – Azərbaycan Milli Xalça Muzeyi

2026:01:22 - 12:53
in MƏDƏNİYYƏT
A A

AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: Azərbaycan Milli Xalça Muzeyi

Azərbaycan xalçaçılıq sənətinin zəngin tarixini və əsas bədii istiqamətlərini əks etdirən Azərbaycan Milli Xalça Muzeyi nadir gözəlliyə malik eksponatları ilə ziyarətçilərdə dərin təəssürat yaradır.

Azərbaycan xalçalarının dünyada ən dolğun kolleksiyasının toplandığı və nümayiş etdirildiyi bu muzeydə xalça sənətinin bütün inkişaf mərhələləri haqqında müfəssəl məlumat almaq mümkündür. Ekspozisiyada öncə çətən, həsir, sonra xovsuz xalçaların digər növləri, XVII−XXI əsrlərə aid xovlu xalçalar nümayiş olunur. Muzey kolleksiyasının “qızıl fondu”nu görkəmli alim, Xalq rəssamı Lətif Kərimovun təsnifatına əsasən qruplaşdırılan Quba-Şirvan, Gəncə-Qazax, Qarabağ və Təbriz tipinə aid xalçalar təşkil edir. Ekspozisiya boyu sərgilənən xalçalar bu sənətin inkişafının hər bir mərhələsini əyani şəkildə görməyə, kompozisiya qurmaq ustalığının necə təkmilləşdiyini, ornamentlərin zənginləşdiyini, rəng çalarlarının mürəkkəbləşdiyini izləməyə imkan verir.

2010-cu ildə Azərbaycanın ənənəvi xalçaçılıq sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bu bizim milli mədəniyyətimizin dünya kontekstindəki əhəmiyyəti və dəyərindən xəbər verir. Belə bir mühüm hadisə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dəstəyi ilə həyata keçirilib.

Muzeyin açılan xalça formasında orijinal binası, ekspozisiya zallarının müasir quruluşu, unikal eksponatları Azərbaycan Milli Xalça Muzeyini paytaxtın ən maraqlı mədəniyyət məkanlarından birinə çevirir.

Əvvəlki Yazı

Qarabağın sənət inciləri – Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı 

Növbəti Yazı

Xidmət rəisi: Müqaviləsiz işləyən şəxs sonradan stajını bərpa edə bilməz

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.