Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev süni intellekt (AI) sistemləri üçün “unikal əmrlər” hazırlayacaq etika kodeksini müzakirə etmək üçün dinlərarası komissiya yaradılmasını təklif edib.
“Mən əminəm ki, dini liderlər mənəvi dəyərlərin keşikçiləri kimi bəşəriyyətin rəqəmsal gələcəyinin müzakirəsində iştirak etməlidirlər”, – Tokayev Astanada keçirilən Dünya və Ənənəvi Dinlərin VIII Konqresində çıxışı zamanı bildirib. “Mən süni intellektin inkişafı etikası üzrə dinlərarası komissiyanın yaradılmasını təklif edirəm ki, bu komissiya neyron şəbəkələrdən və digər qabaqcıl texnologiyalardan məsuliyyətli istifadə üçün universal prinsiplər toplusunu işləyib hazırlayır”. “Söhbət insan ləyaqətinə hörmət, ayrı-seçkiliyin yolverilməzliyi və həyatı dəyişdirən qərarlara nəzarəti nəzərdə tutan alqoritmlər üçün bir növ əmrlərdən gedir”, – Tokayev aydınlıq gətirib.
O qeyd edib ki, süni intellekt insanların həyatının bütün sahələrini dəyişir, lakin etik standartlar həmişə tərəqqi ilə ayaqlaşmır. (Tass)
