“Report”un Qubaya ezam olunmuş müxbiri xəbər verir ki, müşavirədə dövlət proqramında nəzərdə tutulan tədbirlər, kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrinin inkişaf perspektivləri, istehsal və emal imkanlarının genişləndirilməsi, eləcə də regionlarda sahibkarlıq fəaliyyətinin təşviqi məsələləri müzakirə olunur.
Müşavirədə Azərbaycan Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev, ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov, kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli, eləcə də sahibkarlar və aidiyyəti qurumların nümayəndələri iştirak edirlər.
