ABŞ prezidenti Donald Tramp NATO-dan məyus olduğunu bildirib və Vaşinqtonun müttəfiqlərinin təhlükəsizliyini təmin etmək üçün həddindən artıq böyük məbləğdə pul ödədiyini qeyd edib.
“NATO-dan çox məyus oldum. Biz həddindən artıq çox, milyardlarla dollar daha çox pul ödəyirik və bu, ədalətsizdir. Biz onları qoruyuruq. Biz onları qoruyuruq, amma onlar bizim üçün heç nə etmirlər”, – deyə Amerika lideri Ankarada keçirilən ittifaq sammiti çərçivəsində NATO-nun baş katibi Mark Rutte ilə görüşdə bildirib. (Tass)
