“Report” xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 100 manat olan 10 000 ədəd faizli, adlı, təminatsız, sənədsiz istiqrazdan gedir.
Qiymətli kağızlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək və 2 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 16 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri “Xalq Kapital İnvestisiya Şirkəti” QSC -dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emitent tədavül müddətində qiymətli kağızları nominal dəyərindən aşağı olmamaq şərti ilə geri almaq öhdəliyinə malikdir.
Xatırladaq ki, “Regional” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 500 min manatdır. BOKT-un səhmdarları hər biri 33,3 % payla Əli Əliyev, Nahid Bəhramov və Nigar Tağıyevadır. Kredit təşkilatına ötən ildən sədrlik edən Mobil Şərifov həm də “Finex Kredit” ASC BOKT-un 2,3 %-lik səhmdarıdır.
