Aprel 23, 2026-12:45
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Regional məsuliyyət – müasir beynəlxalq münasibətlər sistemində yeni mərhələ 

2026:04:21 - 12:51
in SİYASƏT
A A

Antalya Diplomatik Forumu beynəlxalq siyasətin aktual məsələlərinin müzakirə olunduğu mühüm platformalardan biridir. Bu tədbirdə yüksək səviyyədə təmsil olunan Azərbaycan xarici siyasət fəlsəfəsində əsas prinsiplərdən biri olan “regional sahiblik” anlayışını aydın şəkildə nümayiş etdirdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov söyləyib.

O bildirib ki, məsuliyyət konsepsiyası region dövlətlərinin öz talelərinə, sabitliyinə və inkişafına sahib çıxmaq bacarığını və siyasi iradəsini ehtiva etdirir. Təcrübə göstərir ki, üçüncü qüvvələrin bölgənin daxili işlərinə müdaxiləsi əksər hallarda mənfi nəticələrə gətirib çıxarır. Bunun əksinə olaraq, problemlərin region ölkələrinin birgə səyləri və dialoqu əsasında həlli daha dayanıqlı və uzunmüddətli sülhün təmininə xidmət edir. Azərbaycan və Türkiyə bu yanaşmanın uğurlu tətbiqinin parlaq nümunəsini təqdim edirlər.

Forum çərçivəsində keçirilən görüşlər və müzakirələr həm ikitərəfli əlaqələrin strateji xarakterini bir daha təsdiqlədi, həm də parlament diplomatiyasının regional dialoq və qarşılıqlı anlaşma baxımından nə qədər mühüm platforma olduğunu ortaya qoydu.

“Antalya Diplomatik Forumu göstərdi ki, müasir dövrün çağırışlarına cavab verə bilmək üçün beynəlxalq münasibətlərdə yeni düşüncə tərzi – regional məsuliyyət və təşəbbüskarlıq fəlsəfəsi formalaşmaqdadır. Bu fəlsəfə Azərbaycan diplomatiyasının əsas istiqamətlərindən birinə çevrilib, ölkəmizi regionda sülhün, sabitliyin və inkişafın daşıyıcısı kimi təqdim edir”, – deyə S.Seyidov əlavə edib.

Əvvəlki Yazı

Arxeologiyanın nəzəri problemləri: tarixi gerçəklik və təsnifat metodları

Növbəti Yazı

BDU və Pekin Kimya Texnologiyası Universiteti arasında ikili diplom proqramına dair müqavilə imzalanıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.