Reuters diplomatik mənbəyə istinadən xəbər verir ki, Aİ-nin xarici siyasət rəhbərləri Ukraynadakı münaqişəni müzakirə etmək üçün noyabrın 26-da fövqəladə videokonfrans keçirəcəklər.
Bu görüş Amerikanın sülh təklifləri ilə bağlı bir sıra müzakirələri davam etdirəcək. Bu silsilə 23 noyabrda Cenevrədə ABŞ və Ukrayna ilə məsləhətləşmələrdə Almaniya, Fransa, Böyük Britaniya və Aİ qurumlarının nümayəndələrinin iştirakı ilə başlayıb, noyabrın 24-də Anqolada keçirilən Aİ-Afrika İttifaqı iclası çərçivəsində Ukrayna üzrə Avropa İttifaqının fövqəladə sammitində davam edib və çərşənbə axşamı keçiriləcək koalisiyanın videokonfransında davam etdiriləcək.
İndiyə qədər bütün bu məsləhətləşmələr Aİ-nin Ukrayna üzrə danışıqlar masasında yer tələb etməsi ilə nəticələnib. Brüssel Rusiyanın Avropadakı dondurulmuş aktivlərinin bir hissəsinin ABŞ-ın nəzarətinə keçməsinin qarşısını almaq, Ukrayna Silahlı Qüvvələrinin sayı və silahlanması ilə bağlı hər hansı məhdudiyyəti aradan qaldırmaq, Ukraynanın NATO-ya daxil olması və Qərb qoşunlarının Ukraynada yerləşdirilməsi imkanlarını saxlamaq niyyətindədir. (Tass)
