Rusiya və Belarus beynəlxalq arenada müttəfiq kimi bir-birini fəal dəstəkləməyə davam edəcək. Bunu Rusiya və Belarus xarici işlər nazirliklərinin kollegiyalarının birgə iclasının yekunlarına dair mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Biz həm prezidentlər səviyyəsində, həm də nazirliklərimiz səviyyəsində beynəlxalq arenada ümumi maraqlarımıza uyğun olaraq bir-birimizə fəal şəkildə müttəfiq dəstəyi davam etdirmək əzmində olduğumuzu tamamilə təsdiqləmişik”, – o qeyd edib. (Tass)
