Avropa Şurasının prezidenti António Kosta 11 martda Azərbaycana səfəri zamanı ölkə hakimiyyəti ilə Bakı və Brüssel arasında enerji əməkdaşlığını müzakirə edəcək. Bu barədə Reuters agentliyi Avropa Şurası prezidentinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, tərəflər həmçinin ABŞ və İsrailin İrana qarşı Yaxın Şərqdə hərbi əməliyyatının başlamasından sonra yaranmış vəziyyəti də müzakirə edəcəklər. (Tass)
