Avqust 11, 2026-23:27
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

“Ritm” rəqs qrupu Azərbaycanı Fransada beynəlxalq folklor festivalında təmsil edir

2026:08:11 - 14:46
in MƏDƏNİYYƏT
A A

Azərbaycanın “Ritm” rəqs qrupu Fransanın Montuar şəhərində beynəlxalq folklor festivalında ölkəmizi təmsil edir.

AZƏRTAC xəbər verir ki, 1973-cü ildən keçirilən Montuar Avropa Folklor Festivalı dünyanın müxtəlif ölkələrindən folklor kollektivlərini bir araya gətirən mühüm mədəni tədbirlərdən biridir. Zəngin musiqi və rəqs ənənələrini bir araya gətirən festivalın əsas qayəsi mədəniyyətlərarası körpü yaratmaq və xalqlar arasında dostluq münasibətlərini gücləndirməkdir.

Festival çərçivəsində hər il beş qitədən təxminən on folklor kollektivi Montuar şəhərində bir araya gəlir. Tədbirin təşkilinə 250-yə yaxın könüllü cəlb olunur. Festival proqramına konsertlər, sərgilər, konfranslar, ustad dərsləri, milli mətbəx təqdimatları, sənətkarlıq nümayişləri və küçə tədbirləri daxildir.

Festivalın auditoriyası illər ərzində genişlənib. 1973-cü ildə tədbiri 9 minə yaxın insan izlədiyi halda, hazırda festival orta hesabla 20 min ziyarətçi qəbul edir.

Festivalın fəaliyyətinin mühüm istiqamətlərindən biri də humanitar layihələrdir. Müxtəlif illərdə təşkilat Boliviya, Ekvador, Peru, Livan, Rumıniya və Əfqanıstanda humanitar təşəbbüslərə dəstək göstərib. Festival, həmçinin Ekvadorda yerli icmaya kənd təsərrüfatı texnikasının verilməsinə və Peruda məktəb tikintisinə töhfə verib.

Qeyd edək ki, 2011-ci ildə yaradılan “Ritm” rəqs qrupunun əsas məqsədi Azərbaycan milli rəqslərini ölkə daxilində və beynəlxalq səviyyədə peşəkar şəkildə təbliğ etməkdir. Qrup indiyədək Gürcüstan, Türkiyə, Rusiya, ABŞ, Şimali Kipr Türk Respublikası, Çin, Belarus, Monteneqro, İsveçrə və Almaniyada Azərbaycanı təmsil edib.

Qrupun beynəlxalq tədbirlərdə çıxışları sırasında İsveçrənin Bazel şəhərində keçirilən “Bazel Rəqs Festivalı – 2026” da xüsusi yer tutur. “Ritm”in ifasında Azərbaycan milli rəqsləri festival iştirakçılarının böyük marağına səbəb olub. Milli geyimlər, musiqi və rəqslərin vəhdəti Azərbaycan mədəniyyətinin beynəlxalq auditoriyaya təqdimatına imkan yaradıb.

“Ritm” rəqs qrupunun Montuar festivalında iştirakı Azərbaycanın milli mədəniyyətinin beynəlxalq səviyyədə təbliği baxımından əhəmiyyətli hadisədir. Qrupun çıxışları vasitəsilə Azərbaycan xalqının zəngin rəqs ənənələri müxtəlif ölkələrdən gələn festival iştirakçılarına təqdim olunur.

Festival avqustun 16-dək davam edəcək.

Əvvəlki Yazı

Azərbaycan Dominikana nar şirəsi ixrac etməyə hazırlaşır

Növbəti Yazı

Qətər Hörmüzü siyasi təzyiq alətinə çevirməyə qarşıdır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.