ABŞ dövlət katibi Marko Rubio Amerika dəniz blokadasının qaldırılmasını İranın Hörmüz boğazını açması ilə əlaqələndirib. O, bu mövqeyi Senatın Xarici Əlaqələr Komitəsinin dinləmələrində bildirib.
Rubionun sözlərinə görə, ABŞ-ın İranla danışıqlarda əsas tələblərindən biri Hörmüz boğazının açılmasıdır. “Blokadamızın qaldırılmasından başqa bir şey müqabilində dərhal açılmalıdır. Biz İran neftinə blokada tətbiq etdik və bunu etməmizin səbəbi boğazı bağlamalarıdır”, – deyə ABŞ dövlət katibi bildirib.
1 iyun tarixində İranın Tasnim xəbər agentliyi İsrailə Livanda atəşi dayandırmaq üçün təzyiq göstərmək məqsədilə Hörmüz boğazını tamamilə bağlamağa və Bab əl-Məndəb boğazında əməliyyatları gücləndirməyə hazır olduğunu bildirib. (Tass)
