Vaşinqton administrasiyası müəyyən şərtlər daxilində İrana nüvə enerjisindən istifadə etməyə icazə verməyə hazırdır. Bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.
O, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin dinləmələrində bildirib ki, “Əgər İran ölkədə nüvə enerjisi istəyirsə, bunu təmin etmək üçün mexanizmlər mövcuddur. Dünyada nüvə enerjisindən istifadə edən ölkələr var, lakin onlar uranı zənginləşdirmirlər. Və onlar, əlbəttə ki, onu 60%-ə qədər zənginləşdirmirlər. Onlar bunu nə qayanın altında, nə də yeraltında etmirlər.”
ABŞ dövlət katibi əlavə edib ki, “Əgər onların nüvə enerjisinə ehtiyacı varsa, ona sahib ola bilərlər; mexanizmlər mövcuddur”. “İranın problemi nüvə enerjisinə ehtiyacı olmasında deyil. İranın problemi ondadır ki, onun bütün hərəkətləri nüvə silahı inkişaf etdirmək istəyən ölkənin davranışı ilə uyğun gəlir”. (Tass)
