Mayın 31-də Vaşinqton administrasiyası Livan tərəfindən şiə təşkilatı Hizbullahın İsrail ilə atəşkəsə hazır olması barədə mesaj alıb. Bu barədə ABŞ dövlət katibi Marko Rubio məlumat verib.
O, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin dinləmələrində bildirib ki, “Bazar günü Livan hökumətindən və parlamentinin spikerindən Hizbullah adından İsrailin Beyruta daha çox hücum etməməsi halında İsrail ərazisinə hücum etməkdən çəkinəcəkləri barədə mesaj aldıq”.
Rubio, ABŞ prezidenti Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahu və Hizbullah rəhbərliyinin nümayəndələri ilə danışdığı barədə açıqlamasını aydınlaşdırmaq üçün bir qanunvericinin xahişinə cavab verib. 1 iyunda Amerika lideri, Hizbullahın yəhudi yaşayış məntəqələrinə hücumları dayandırması müqabilində İsrailin Beyrutun cənub kənarlarına hücumlardan çəkinəcəyi barədə tərəflərlə razılığa gəldiyini vurğulayıb. (Tass)
