Özbəkistan Prezidenti Şavkat Mirziyoyev 29-cu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPIEF) plenar iclasında qlobal iqtisadiyyat və Özbəkistan-Rusiya iqtisadi əməkdaşlığının perspektivləri ilə bağlı öz baxışlarını bölüşəcək. Bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat verib.
Məlumata görə, Mirziyoyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə 4-5 iyun tarixlərində Sankt-Peterburqa işgüzar səfər edəcək. “Dövlətimizin başçısı “Praqmatik Dialoq – Sabit Gələcəyə Aparan Yol” şüarı altında keçiriləcək 29-cu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında iştirak edəcək və çıxış edəcək. Özbəkistan lideri qlobal iqtisadi vəziyyət, Özbəkistan-Rusiya iqtisadi əməkdaşlığının perspektivləri ilə bağlı öz baxışlarını bölüşəcək və ölkəmizin hazırkı inkişaf prioritetlərini müəyyən edəcək”, – məlumatda deyilir.
Mirziyoyev həmçinin Putinlə görüşəcək və Özbəkistanın ilk inteqrasiya olunmuş nüvə elektrik stansiyasının tikintisinin açılış mərasimində iştirak edəcək. (Tass)
