ABŞ administrasiyası Tehranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün İranla birbaşa qarşılıqlı fəaliyyətə hazırdır. Bu barədə ABŞ dövlət katibi Marko Rubionun bəyanatında deyilir.
Sənəddə deyilir: “Birləşmiş Ştatlar İranın nüvə probleminin sülh yolu ilə və davamlı həllinə nail olmaq üçün İranla birbaşa əlaqə saxlamağa sadiqdir”.
Bəyanatda həmçinin qeyd edilir ki, “bu səhər Fransa, Almaniya və Böyük Britaniya İrana qarşı sanksiyaların bərpası prosesinə başlayıblar. “Snapback [mexanizm] diplomatiyaya olan səmimi öhdəliyimizlə ziddiyyət təşkil etmir, əksinə, onu gücləndirir”, – dövlət katibi bildirib. “Mən İran liderlərini ölkələrinin heç vaxt nüvə silahına sahib olmaması üçün dərhal lazımi addımlar atmağa, sülh yolu ilə getməyə və müvafiq olaraq İran xalqının rifahına kömək etməyə çağırıram”, – Rubio vurğulayıb. (Tass)
