İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tajani respublikanın Rusiyadakı səfirinin dəyişdiyini açıqlayıb. Moskvadakı diplomatik missiyanın yeni rəhbəri Avstriyadakı keçmiş səfir, hazırda iqtisadiyyat və maliyyə nazirinin diplomatik müşaviri Stefano Beltrame olacaq.
“Biz bir sıra yeni səfirləri təsdiqləmişik. Vyanadakı keçmiş səfir, hazırda nazir (Giancarlo) Giorgettinin diplomatik müşaviri Stefano Beltrame Moskvaya təyin edilib”, – Tajani deyib.
O, həmçinin bildirib ki, Rusiyadakı hazırkı səfir, bir ildən az Moskvada işləyən Sesiliya Piççioni nazirlikdə rəhbər vəzifəyə keçəcək. Bundan əlavə, İtaliyanı BMT-də İtaliyanın Türkiyədəki hazırkı səfiri təmsil edəcək. (Tass)
