Serbiya Rusiyanın, xüsusən də ölkənin suverenliyinin və ərazi bütövlüyünün qorunmasında dəstəyini hiss edir və buna görə Rusiya prezidenti Vladimir Putinə minnətdardır. Bunu Serbiya lideri Aleksandr Vuçiç deyib.
“Biz Rusiyanın dəstəyini, xüsusən Serbiyanın ərazi bütövlüyü və suverenliyinin qorunması məsələsində hiss edirik və bu dəstəyə görə [Rusiya] prezidentinə həmişə minnətdarıq”, o, BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində jurnalistlərə deyib. (Tass)
