ABŞ hesab edir ki, Macarıstanın bir dövlət kimi uğurlu inkişafı, xüsusən də hazırkı Baş nazir Viktor Orbanın rəhbərliyi altında, ABŞ-ın milli maraqlarına uyğundur. Bu barədə ABŞ-ın dövlət katibi və milli təhlükəsizlik müşaviri Marko Rubio bildirib.
Rubio Orbanla birgə mətbuat konfransında bildirib ki, “Biz istəyirik ki, bu ölkə yaxşı inkişaf etsin. Bu, bizim milli maraqlarımıza uyğundur, xüsusən də siz (Orban ) bu ölkənin lideri olduğunuz müddətdə. Macarıstanın uğur qazanması bizim milli maraqlarımıza uyğundur, bu, Amerikanın və sizin maraqlarınıza uyğundur”.
Dövlət katibi Amerika şirkətlərinin Macarıstan iqtisadiyyatına fəal şəkildə investisiya qoymağa hazır olduğunu vurğuladı. O, əlavə etdi ki, ABŞ-ın Mərkəzi Avropadakı xarici siyasətinin uğuru Macarıstanın Vaşinqtonun müttəfiqi kimi uğurlu inkişafından da asılıdır.
