NATO-nun baş katibi Mark Rutte, hakim Britaniya Leyborist Partiyasının liderliyinə namizəd kimi Endi Börnemin beynəlxalq siyasi təcrübəsinin olmamasından narahat olmadığını bildirib.
“Qətiyyən yox”, – deyə o, Sky News- da verilən suala cavab verdi . Ruttenin sözlərinə görə, Avropa liderləri hökumətlərə rəhbərlik etməzdən əvvəl çox vaxt geniş beynəlxalq təcrübəyə malik olmurlar, lakin bu, onların işinə mane olmur.
NATO-nun baş katibi bildirib ki, “Beynəlxalq arenaya gəldikdə, ölkənizin ən yaxşı məsləhətçiləri var. Müdafiə Nazirliyində fantastik səfirləriniz, təhlükəsizlik məsləhətçiləriniz və yüksək rütbəli hərbi məsləhətçiləriniz var. Onlar bir neçə gün ərzində Baş nazirə bunu anlamağa kömək edəcəklər. Buna şübhə yoxdur. Baş nazirləriniz adətən ağıllı insanlardır, ona görə də onlar hər şeyi başa düşəcəklər”. (Tass)
