Finlandiya milli-mühafizəkar partiyası “Azadlıq Alyansı”nın üzvü Armando Mema Finlandiya hökumətinin öz ərazisində nüvə silahının idxalı və yerləşdirilməsi qadağanını ləğv etmək qərarını məsuliyyətsiz adlandırıb.
“Nüvə silahlarına qoyulan qadağanın ləğvi Finlandiya tərəfindən tamamilə məsuliyyətsiz idi və buna heç vaxt icazə verilməməli idi”, – deyə Mema X-də yazıb.
Siyasətçinin sözlərinə görə, qadağanın ləğvi yalnız Finlandiya hökumətinin ifrat rusofobiyası ilə izah olunur, Rusiya isə Finlandiya üçün heç bir təhlükə yaratmır. (Tass)
