İyul 3, 2026-22:03
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Xankəndidə növbəti səyyar tibbi müayinə aksiyası təşkil edilib

2026:07:03 - 14:59
in SOSİAL
A A

İşğaldan azad olunmuş ərazilərdə əhalinin ixtisaslaşmış tibbi xidmətlərə əlçatanlığının artırılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir. Böyük Qayıdış Proqramı çərçivəsində növbəti səyyar tibbi müayinə aksiyası iyulun 3-də Xankəndi şəhərində təşkil olunub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloq-ortopedləri, fizioterapevtləri, pediatr və infeksionist həkimlərinin iştirakı ilə keçirilən aksiya zamanı Xankəndidə ödənişsiz tibbi müayinələr aparılıb. Müayinələr çərçivəsində dayaq-hərəkət sistemi xəstəlikləri, sümük və oynaq patologiyaları, onurğa problemləri, posttravmatik vəziyyətlər, uşaqların sağlamlıq vəziyyəti, eləcə də infeksion xəstəliklərlə bağlı müayinələr həyata keçirilib. İlkin tibbi yardım göstərilib, tibbi məsləhətlər verilib, əlavə müayinə və ya ixtisaslaşmış müalicəyə ehtiyacı olan şəxslər müvafiq tibb müəssisələrinə yönləndirilib. Fizioterapevtlər tərəfindən reabilitasiya tədbirləri aparılıb, hərəkət funksiyalarının bərpası və gündəlik həyat keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı fərdi tövsiyələr təqdim olunub.

Aksiya zamanı 200-ə yaxın Xankəndi sakini müayinə edilərək konsultasiya və tibbi xidmətlərdən faydalanıb. Sakinlər göstərilən tibbi xidmətin operativ təşkilini və həkimlərin peşəkar yanaşmasını yüksək qiymətləndirərək, belə aksiyaların regionda yaşayan əhali üçün mühüm əhəmiyyət daşıdığını bildiriblər.

Səyyar tibbi müayinələrin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə yaşayan əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması, ixtisaslaşmış tibbi xidmətlərə çıxış imkanlarının genişləndirilməsi və reabilitasiya xidmətlərinin əlçatanlığının təmin edilməsidir.

Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən Böyük Qayıdış Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə mütəmadi olaraq müxtəlif ixtisaslar üzrə səyyar tibbi müayinə və maarifləndirici aksiyalar təşkil edilir.

Əvvəlki Yazı

Şəkidə indiyədək 25 min hektara yaxın taxıl sahəsinin məhsulu yığılıb

Növbəti Yazı

Kamaləddin Qafarov: Ölkəmiz Avropanın etibarlı tərəfdaşına çevrilir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.