Sağlam həyat və uzunömürlülük üçün gündə 10 000 addım atmaq hədəfi uyğun görülsə də, elmi baxımdan optimal rəqəm deyil. Ritorika.az xəbər verir ki, gündə təxminən 7 000 addım atmağın ölüm riskini əhəmiyyətli dərəcədə azaltdığı və ürək-damar, diabet, xərçəng və digər xəstəliklərdən qoruduğu bildirilir.
Hətta gündə 4 000–5 000 addım belə, heç addım atmamağa nisbətən sağlamlıq baxımından faydalıdır. 7 000 addıma çatdıqdan sonra əlavə faydalar artır, lakin 10 000 addım hədəfi hər kəs üçün zəruri deyil.
Yaşlı qadınlarda isə təxminən 4 400 addım/gün belə ölüm riskini azalda bilir və əlavə addımlar bu faydanı artırır. Gündəlik fiziki aktivliyi artırmaq, hətta kiçik artımlar belə, ümumi sağlamlığa yaxşı təsir göstərir.
Qeyd edək ki, gündə təxminən 7 000 addım atmaq sağlam ömür üçün kifayətdir və uzun müddətli sağlam həyat üçün real hesab olunur.
Ritorika.az
