Aprel 17, 2026-1:00
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Sahibə Qafarova Matviyenko ilə Azərbaycan-Rusiya əlaqələrinin möhkəmləndirilməsini müzakirə edib

2026:04:16 - 17:09
in SİYASƏT
A A
Bu gün Milli Məclisin sədri Sahibə Qafarova İstanbulda keçirilən Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyası çərçivəsində Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

Bu barədə APA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Spiker Sahibə Qafarova PAİ və Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi (QHPŞ) kimi beynəlxalq platformaların əhəmiyyətini vurğulayıb.
Milli Məclisin sədri iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu diqqətə çatdırıb, parlamentlərarası əlaqələrin rolundan danışıb.

O bildirib ki, bu gün qanunverici orqanlarımız arasında çox səmərəli əməkdaşlıq qurulub və parlamentarilərimiz həm ikitərəfli tədbirlərdə fəal iştirak edirlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində müsbət qarşılıqlı fəaliyyət göstərirlər.

Dünən Rusiya və Azərbaycan Xarici İşlər nazirliklərinin Azərbaycan təyyarəsinin 2024-cü il dekabrın 25-də Aktau yaxınlığında qəzaya uğraması barədə birgə bəyanatına toxunan Valentina Matviyenko baş vermiş bədbəxt hadisənin nəticələrinin tənzimlənməsinin əhəmiyyətini qeyd edib və bir daha başsağlığını çatdırıb. Federal Şuranın sədri İrandakı müharibə fonunda Rusiya vətəndaşlarının İrandan təhlükəsiz şəkildə çıxarılması üçün Azərbaycanın göstərdiyi yardıma görə təşəkkürünü bildirib.

Prezident İlham Əliyevlə və Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə keçirdiyi görüşləri məmnunluqla xatırlayan Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko bu görüşlər barədə təəssüratlarını bölüşüb.

Söhbət zamanı Milli Məclisin sədri Sahibə Qafarova iki ölkənin Xarici İşlər nazirliklərinin sonuncu bəyanatının əhəmiyyətini vurğulayıb.

Görüşdə xalqlarımız arasında mədəni, humanitar əlaqələrə də toxunulub, qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyindən danışılıb.

Söhbətdə qarşılıqlı maraq doğuran digər mövzularda da fikir mübadiləsi aparılıb.

Əvvəlki Yazı

Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 5% artıb

Növbəti Yazı

Siyasi şərhçi: Böyük Qayıdış prosesi Cənubi Qafqazda yeni əməkdaşlıq mühitinin formalaşmasına təkan verir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.