Aprel 17, 2026-1:01
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Siyasi şərhçi: Böyük Qayıdış prosesi Cənubi Qafqazda yeni əməkdaşlıq mühitinin formalaşmasına təkan verir

2026:04:16 - 17:29
in SİYASƏT
A A

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən Böyük Qayıdış siyasətinin yeni mərhələyə daxil olması Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərin ardıcıl və sistemli şəkildə icra olunduğunu göstərir. Bu mərhələ artıq yalnız dağıdılmış ərazilərin bərpası ilə məhdudlaşmır, eyni zamanda, regionun tamhüquqlu sosial-iqtisadi sistemə inteqrasiyasını təmin etməyə yönəlir. Bu yanaşma isə dövlət siyasətinin uzunmüddətli və dayanıqlı inkişaf modelinə əsaslandığını ortaya qoyur.

Bunu AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfüqar bildirib.

Onun sözlərinə görə, regionda həyata keçirilən infrastruktur layihələri – müasir avtomobil yolları, beynəlxalq hava limanları, “Ağıllı kənd” və “Ağıllı şəhər” konsepsiyaları çərçivəsində salınan yaşayış məntəqələri Qarabağ və Şərqi Zəngəzurun gələcək iqtisadi potensialının əsasını formalaşdırır. Bu layihələr yalnız işğaldan azad olunan ərazilərin yenidən qurulmasına deyil, eyni zamanda, yeni iqtisadi fəaliyyət sahələrinin yaradılmasına və investisiya cəlbediciliyinin artırılmasına xidmət edir.

“Eyni zamanda, məşğulluğun təmin olunması və sahibkarlıq mühitinin formalaşdırılması qayıdış prosesinin sosial dayaqlarını gücləndirir. İnsanların doğma torpaqlarına qayıtması, orada uzunmüddətli və stabil həyat qurması əsas prioritet kimi çıxış edir. Bu baxımdan kənd təsərrüfatı, turizm, yaşıl enerji və logistika kimi sahələrin inkişafı regionun iqtisadi dayanıqlığını artırmaqla yanaşı, sosial sabitliyin də möhkəmlənməsinə şərait yaradır”, – deyə Ü.Zülfiqar vurğulayıb.

O qeyd edib ki, minalardan təmizləmə işlərinin paralel şəkildə aparılması bu prosesin təhlükəsizlik istiqamətində əsas komponentlərindən biridir. Bu addımlar yalnız qayıdışın sürətləndirilməsi üçün deyil, həm də regionda uzunmüddətli sabitliyin təmin olunması üçün vacib şərtdir. Bu istiqamətdə əldə olunan nəticələr göstərir ki, Azərbaycan təhlükəsizlik və inkişaf məsələlərinin paralel şəkildə idarə olunmasını uğurla həyata keçirir.

Siyasi şərhçinin fikrincə, Böyük Qayıdış prosesinin uğurla icrası Cənubi Qafqazda yeni əməkdaşlıq və inkişaf mühitinin formalaşmasına da təkan verir. Regionda iqtisadi layihələrin genişlənməsi, nəqliyyat və logistika xətlərinin bərpası və açılması ölkələr arasında qarşılıqlı əlaqələri artıraraq sülh və əməkdaşlıq üçün yeni imkanlar yaradır. Bu kontekstdə Qarabağ və Şərqi Zəngəzur yalnız milli deyil, eyni zamanda, regional inkişafın mühüm elementinə çevrilir. Azərbaycanın həyata keçirdiyi bu model beynəlxalq səviyyədə də nümunə kimi qiymətləndirilə bilər. Kompleks yanaşma – təhlükəsizlik, iqtisadiyyat və sosial siyasətin paralel şəkildə icrası digər münaqişədən çıxmış regionlar üçün praktik model rolunu oynayır.

Ü.Zülfiqar sonda qeyd edib ki, Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq və qayıdış prosesi yaxın illərdə regionun həm iqtisadi, həm də təhlükəsizlik baxımından sabit və dayanıqlı məkana çevrilməsini təmin edəcək. Bu reallıq isə bütövlükdə Cənubi Qafqazda yeni inkişaf dinamikasının formalaşmasına və daha praqmatik, əməkdaşlığa əsaslanan münasibətlər sisteminin yaranmasına zəmin yaradır.

Əvvəlki Yazı

Sahibə Qafarova Matviyenko ilə Azərbaycan-Rusiya əlaqələrinin möhkəmləndirilməsini müzakirə edib

Növbəti Yazı

Azərbaycan qlobal sülh və əməkdaşlıq məkanı olduğunu növbəti dəfə təsdiqləyəcək 

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.