SANA xəbər agentliyinin verdiyi məlumata görə, Suriyanın qərbindəki Hələb şəhərinin mərkəzində baş verən terror aktı nəticəsində bir polis əməkdaşı həlak olub, bir neçə nəfər yaralanıb.
Onun sözlərinə görə, partlayışı intiharçı törədib. O, şəhərin mərkəzi rayonunda polis patrulunu hədəf alıb. Faktla bağlı araşdırma başlayıb və təhlükəsizlik qüvvələri hadisə yerini mühasirəyə alıb. (Tass)
