Aprel 25, 2026-19:33
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

ŞƏRH Antalya Diplomatiya Forumu – Azərbaycanın qlobal diplomatik platformalarda artan rolu

2026:04:21 - 16:52
in SİYASƏT
A A

Prezident İlham Əliyevin Antalya Diplomatiya Forumunda iştirakı Azərbaycanın xarici siyasətinin prioritetlərini, regional liderlik ambisiyalarını və qlobal diplomatik platformalarda artan rolunu nümayiş etdirən mühüm hadisə kimi qiymətləndirilməlidir. Bu iştirak yalnız protokol xarakterli səfər deyil, həm də çoxşaxəli strateji mesajların verildiyi bir platformada mühüm təmsilçilikdir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib.

Deputat Forumun Azərbaycanın artan geosiyasi çəkisinin təsdiqi baxımından önəmli olduğuna diqqət çəkib. Bildirib ki, son illərdə, xüsusilə postmünaqişə dövründə Azərbaycan regionda yeni reallıqlar formalaşdıran əsas aktorlardan birinə çevrilib. Prezident İlham Əliyevin belə nüfuzlu beynəlxalq tədbirdə iştirakı ölkənin yalnız Cənubi Qafqaz çərçivəsində deyil, daha geniş məkanda söz sahibi olduğunu göstərir. Forum çərçivəsində keçirilən görüşlər də Azərbaycanın mövqeyinin beynəlxalq auditoriyaya birbaşa çatdırılması baxımından mühüm rol oynayır.

“Türkiyədə keçirilən Forumda Azərbaycan Liderinin fəal iştirakı Ankara-Bakı tandeminin gücünü bir daha ortaya qoyur. Bu, xüsusilə regionda təhlükəsizlik, enerji və nəqliyyat layihələri kontekstində ortaq siyasətin əlaqələndirilməsi baxımından əhəmiyyətlidir. Tədbir həm də Azərbaycan-Türkiyə əlaqələrinin artıq regional çərçivəni aşaraq qlobal gündəmdə də təsirli amil olduğunu göstərir. Eyni zamanda, forum Azərbaycanın çoxtərəfli diplomatiya strategiyasının mühüm alətlərindən biri kimi çıxış edir. Müxtəlif ölkələrin liderləri, siyasətçilər və ekspertlərin iştirakı ilə keçirilən bu tədbir Bakı üçün yeni tərəfdaşlıqların qurulması, mövcud əlaqələrin dərinləşdirilməsi və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından əlverişli şərait yaradır. Prezident İlham Əliyevin bu istiqamətdə verdiyi mesajlar isə ölkənin enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və regional sabitlik məsələlərində oynadığı rolu ön plana çıxarır”, – deyə deputat vurğulayıb.

Onun sözlərinə görə, müasir beynəlxalq münasibətlər sistemində yalnız hərbi və iqtisadi güc deyil, həm də informasiya üstünlüyü mühüm əhəmiyyət daşıyır. Bu baxımdan dövlətimizin başçısı davamlı olaraq öz çıxışlarında açıqladığı fikirlər və verdiyi mesajlar Azərbaycanın mövqelərinin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması, bəzi dairələrin qərəzli yanaşmalarının neytrallaşdırılması üçün səmərəli vasitə rolunu oynayır. Antalya Diplomatiya Forumu da Azərbaycanın qlobal diplomatik platformalarda institusional iştirakını gücləndirən mühüm mexanizmdir. Prezident İlham Əliyevin bu platformadakı fəallığı ölkənin beynəlxalq sistemdə etibarlı tərəfdaş, təşəbbüskar aktor və regional sabitliyin təminatçısı kimi imicini daha da möhkəmləndirir.

Əvvəlki Yazı

Prezident İlham Əliyevin uzaqgörən siyasəti ölkəmizin qlobal nəqliyyat xəritəsində mövqeyini daha da möhkəmləndirir

Növbəti Yazı

İnnovasiya və ekoloji dəyişiklik kontekstində Qarabağ yenidən qurulur

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.