Azərbaycandan keçən Şimal-Cənub nəqliyyat dəhlizi üzrə daşımaların data nəticəsində müsbət tendensiya davam edir. Bəzi ölkələrdə isə eniş xətti müşahidə olunur.
Bu barədə Ritorika.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Beynəlxalq Nəqliyyat əməliyyatları sektoru Nəqliyyat siyasəti şöbəsinin aparıcı məsləhətçisi Emil Seyfullayev data məlumat təqdim edib.

2025-ci ilin ilk 7 ayının ötən ilin uyğun ayları ilə müqayisəli əks olunduğu cədvəldə yük göndərən ölkələr dinamikası üzrə siyahıda 1211,6% müsbət nəticə ilə Pakistan birinci yerdədir. Təyinat ölkəsi kimi isə 525,5% nəticə ilə Özbəkistan öndədir. Buna baxmayaraq Özbəkistanın sözügedən dövr üçün yükünün həcmi kiçik olub.

Avtomobil daşımaları əvvəlki ilə nisbətən bu il 9,5% artaraq 944,7 min tondan 1034,5 min tona çatıb. Dəmiryolu daşımalarında isə 12,8% geriləmə müşahidə olunur.
Dəmiryolu ilə ötürülmədə azalma olsa da, avtomobil tranzitində əhəmiyyətli artım, ümumi nəticənin müsbət olmasını təmin edir.
İnfoqrafik təsvir üçün yüklə:
Şimal-Cənub nəqliyyat dəhlizi daşımasının 2025-ci ilin əvvəlinə aid infoqrafik təsviri pdf
Sözügedən dəhliz üzrə yük axınının yekun artımı 3,7%-dir. Bu, Azərbaycanın Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizindəki rolunun gücləndiyini göstərir.
Cavid Zahidoğlu
