“Drujba” neft kəməri növbəti dəfə Ukrayna Silahlı Qüvvələrinin hücumuna məruz qalıb və Rusiyadan Macarıstana neft nəqli dayandırılıb. Bu barədə Kiyevin hərəkətlərini Budapeşti müharibəyə sürükləmək cəhdi kimi qiymətləndirən Macarıstanın xarici işlər naziri Peter Szijarto bildirib.
“Gecə biz Rusiya-Belarus sərhədindəki “Drujba” neft kəmərinə yeni hücum xəbərini aldıq – qısa müddətdə üçüncü dəfə. Macarıstana neft nəqli yenidən dayandırılıb”, – XİN rəhbəri özünün Facebook səhifəsində yazıb.
“Bu, ölkəmizin enerji təhlükəsizliyinə növbəti hücumdur. Bizi müharibəyə sürükləmək üçün növbəti cəhddir. Bu nəticə verməyəcək! Biz sülh səylərini dəstəkləməyə və milli maraqlarımızı qorumağa davam edəcəyik!” Szijjártó əlavə edib. (TASS)
