Avropa İttifaqı Ukraynadakı münaqişənin yalnız dialoq yolu ilə həll edilə biləcəyini başa düşür. Bu fikri Slovakiyanın xarici işlər və Avropa işləri naziri Juraj Blanar Facebook-da paylaşdığı çıxışının videosunda bildirib.
Nazir bildirib ki, “Təəssüf ki, Aİ Ukraynadakı münaqişənin həlli məsələsində öz səhv hərəkətləri üzündən çıxılmaz vəziyyətdə qalıb. Biz münaqişənin sona çatması üçün danışıqlar masasında deyilik. Eyni zamanda, hamımız başa düşürük ki, bu münaqişə yalnız dialoq yolu ilə həll edilə bilər, lakin Aİ danışıqlar masasında olmadığı üçün bu dialoqu təşkil etmək iqtidarında deyil”, – nazir bildirib.
Blanar Ukraynadakı münaqişənin tez bir zamanda həll edilməsinin vacibliyini vurğuladı. “Bizim üçün, Aİ üçün bu müharibəyə son qoymaq çox vacibdir. Buna mümkün qədər tez nail olmaq lazımdır. Əgər bu proses uzanarsa, təkcə bu müharibədən ən çox zərər çəkən Ukraynanın özü üçün deyil, həm də əsgərlərinin, mülki şəxslərin həyatı və Ukraynada dağıdılmış infrastruktur, əhalinin azalması və kütləvi miqrasiya üçün böyük mənfi nəticələr olacaq. Bu davam edən münaqişə həmçinin Aİ-yə, onun rəqabət qabiliyyətinə və təhlükəsizliyinə böyük mənfi iqtisadi təsir göstərir”, – deyə nazir qeyd edib. (Tass)
