Avqust 12, 2026-15:31
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

SOCAR-ın 2025-ci il üzrə Dayanıqlılıq Hesabatı dərc edilib

2026:08:12 - 10:17
in İQTİSADİYYAT
A A
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2025-ci il üzrə Dayanıqlılıq Hesabatını dərc edib.

“Report” xəbər verir ki, şirkətin ətraf mühit, sosial, idarəetmə (ESG) və iqtisadi fəaliyyətinin nəticələrini əks etdirən hesabatda SOCAR-ın Azərbaycanda həyata keçirdiyi əməliyyatlar və xarici ölkələrdəki əsas fəaliyyətləri üzrə dayanıqlılıq göstəriciləri beynəlxalq hesabatlılıq tələblərinə uyğun, şəffaf, etibarlı və müqayisə oluna bilən şəkildə açıqlanır.

2025-ci il SOCAR-da dayanıqlılığın korporativ idarəetmə sisteminə inteqrasiyası baxımından mühüm mərhələ olub. Hesabat dövründə şirkətdə ilk dəfə İkiqat Əhəmiyyətlilik Qiymətləndirilməsi (Double Materiality Assessment) aparılıb. Qiymətləndirmənin nəticələrinə əsasən, iqlim dəyişikliyi, biznes etikası və çirklənmə SOCAR üçün ən əhəmiyyətli dayanıqlılıq mövzuları kimi müəyyən edilib. Bununla yanaşı, ESG məlumatlarının vahid rəqəmsal platforma vasitəsilə idarə olunmasını təmin edən “ESG Data Platforması” istifadəyə verilib ki, bu da məlumatların keyfiyyətini, izlənilə bilənliyini və hesabatlılıq prosesinin səmərəliliyini əhəmiyyətli dərəcədə artırır.

Hesabatda SOCAR-ın iqlim fəaliyyəti istiqamətində əldə etdiyi əsas nəticələr də öz əksini tapıb. Belə ki, SOCAR-ın 2025-ci ildə təsdiq olunan Dekarbonizasiya Yol Xəritəsində karbon və metan emissiyalarının azaldılması, elektrikləşdirmə, karbonun tutulması texnologiyalarının tətbiqi, enerji səmərəliliyinin artırılması və bərpa olunan enerji mənbələrinin genişləndirilməsi üzrə əsas fəaliyyət istiqamətləri müəyyənləşdirilib.

Hesabat ilində SOCAR-ın Azərbaycan üzrə əməliyyatlarında, əsasən SOCAR-ın “Azneft” İB-də sızmaların aşkarlanması və aradan qaldırılması proqramının (LDAR) həyata keçirilməsi nəticəsində təxminən 1 milyon ton CO₂ ekvivalenti həcmində istixana qazı emissiyası azaldılıb.

Şirkət hesabat dövründə dayanıqlı maliyyələşmə istiqamətində də mühüm addımlar atıb. SOCAR bərpa olunan enerji layihələrinin maliyyələşdirilməsini dəstəkləmək məqsədilə 200 milyon ABŞ dolları məbləğində Yaşıl İstiqrazlar buraxıb.

İnsan kapitalının inkişafı şirkətin əsas prioritetlərindən biri olaraq qalır. 2025-ci ildə Liderlik Akademiyası, Enerji Liderləri və Gənc İstedadlar proqramları da daxil olmaqla, əməkdaşların inkişaf məqsədilə bir sıra proqramlar həyata keçirilib. SOCAR Qrupun əməkdaşları üçün 1 milyondan çox təlim saatı təşkil olunub, Azərbaycan üzrə işçilərin bağlılıq göstəricisi 84 faiz, məmnunluq səviyyəsi isə 78 faiz təşkil edib. Eyni zamanda, hesabat ilində SOCAR Qrupunun sosial xərcləri 412 milyon manat olub.

Hesabatda SOCAR-ın yerli iqtisadiyyatın inkişafına verdiyi töhfə də öz əksini tapıb. 2025-ci ildə SOCAR-ın yerli təchizatçılara yönəldilən satınalma xərclərinin payı 82 %-dən 88 %-ə yüksəlib. Bu nəticə yerli təchizat zəncirinin inkişafına, yerli bizneslərin dəstəklənməsinə və ölkə daxilində iqtisadi dəyərin artırılmasına SOCAR-ın davamlı töhfəsini əks etdirir.

Ümumilikdə hesabat SOCAR-da dayanıqlılığın korporativ idarəetmə, əməliyyat fəaliyyəti və strateji qərar qəbuletmə proseslərinə inteqrasiyası istiqamətində əldə olunmuş nailiyyətləri nümayiş etdirir.

GRI Standartlarına, o cümlədən GRI 11: Neft və Qaz Sektoru Standartına uyğun hazırlanan hesabat “Ernst & Yanq Holdinqs (SiAyEs) Bi.Vi.” şirkətinin ölkəmizdəki filialı tərəfindən müstəqil təminat yoxlamasından keçirilib. Hesabat hazırlanarkən BMT Qlobal Sazişi, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM), SASB və Avropa Dayanıqlılıq Hesabatlılığı Standartlarının (ESRS) prinsipləri nəzərə alınıb.

Əvvəlki Yazı

Bu gün üç rayonda elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Növbəti Yazı

İndoneziyanın Semeru dağında doqquz püskürmə baş verib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.