İyulun 31-də “Phigaro Gallery”də 50 illik yubileyimə həsr olunmuş “Zamanın fövqündə” adlı fərdi sərgim keçiriləcək. Sərgidə rəngkarlıq və qrafika əsərlərim nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə tanınmış rəssam Soltan Soltanlı məlumat verib.
O bildirib ki, əsl sənət öz mövzusuyla, ifadə etdiyi anlamla həmişə zamanın fövqündə dayanmalı, yüzillər boyunca ucalığını qorumalıdır. “Bu sərgidə də başlıca mövzum insan və onun dünyada, həyatdakı yeridir. Sərgi avqustun 8-dək davam edəcək.
30 ildir ölkəmizi rəsm əsərlərimlə beynəlxalq müsabiqə, festival və sərgilərdə təmsil edirəm. Çoxlu beynəlxalq mükafatlar qazanmışam və əsərlərim dünyanın 50-dən çox ölkəsindəki muzey və şəxsi kolleksiyalarda saxlanılır”, – deyə rəssam əlavə edib.
