Xidmətdən Teleqraf-a verilən məlumata görə, proqnozdan əlavə 229,4 milyon manat vəsait ödənilib.
Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 2 milyard 687,2 milyon manatdan çox təşkil edib.
Həmin dövrdə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 143,5 milyon manat olub, proqnozdan əlavə 6,8 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 110,2 milyon manata yaxın təşkil edib.
İcbari tibbi sığorta haqları üzrə daxilolmaların həcmi 606,8 milyon manata yaxın olub, proqnozdan əlavə 15,6 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 402,4 milyon manata yaxın təşkil edib.
