İyun 16, 2026-22:01
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Şuşa yeni geosiyasi düşüncənin formalaşdığı mühüm beynəlxalq məkana çevrilib 

2026:06:16 - 17:00
in SİYASƏT
A A

Şuşa şəhəri artıq uzun müddətdir ki, Azərbaycanın mədəniyyət paytaxtı statusunu uğurla daşımaqla yanaşı, yeni geosiyasi düşüncənin formalaşdığı, təşviq edildiyi mühüm beynəlxalq məkana çevrilib. Bu baxımdan Prezident İlham Əliyevin “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda keçirilən beynəlxalq konfrans iştirakçılarına ünvanladığı müraciətdə yer alan fikirlərə yeni dövrün geosiyasi reallıqlarını və regionun inkişaf perspektivlərini əks etdirən strateji konsepsiya kimi yanaşmaq daha doğru olar. Müraciətdə Azərbaycan Prezidentinin regionun gələcəyi, Avrasiyanın nəqliyyat xəritəsi, Türk Dünyasının geosiyasi perspektivləri və beynəlxalq əməkdaşlığın yeni modeli ilə bağlı strateji baxışlarının öz əksini tapması da bunu təsdiqləyir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli söyləyib.

O bildirib ki, Azərbaycanın son beş ildə həyata keçirdiyi siyasətin əsas mahiyyəti ölkəmizin regionda davamlı sülh və sabitlik mühitinin yaradılması və qorunması istiqamətində qətiyyətli siyasət yürütməsində öz əksini tapır. Azərbaycan Vətən müharibəsində və sonrakı dövrdə əldə etdiyi hərbi-siyasi üstünlükdən regionda yeni qarşıdurma yaratmaq üçün deyil, təhlükəsizlik arxitekturası formalaşdırmaq üçün istifadə edib. Uzun illər beynəlxalq təşkilatların qəbul etdiyi qərarlar kağız üzərində qaldığı halda, Azərbaycan öz gücü hesabına BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını öz gücü ilə təmin etməyi bacarıb. Bu, təkcə Azərbaycanın deyil, bütövlükdə beynəlxalq hüququn nüfuzunun bərpası baxımından da mühüm hadisədir. Bu gün Cənubi Qafqazda yaranan yeni reallıqların əsas müəllifi də məhz Azərbaycandır. Vaxtilə regionun gələcəyi münaqişə ilə müəyyən edilirdisə, indi həmin gələcəyi sülh gündəliyi müəyyənləşdirir.

Dövlət başçısının diqqət çəkdiyi digər mühüm məqamın ötən il Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında Birgə Bəyannamənin imzalanması və sülh sazişinin paraflanması olduğunu bildirən E.Mirzəbəyli qeyd edib: “Prezident İlham Əliyevin vurğuladığı kimi, bu hadisə Cənubi Qafqazda vəziyyəti köklü şəkildə dəyişib. İlk dəfə olaraq regionda təhlükəsizlik məsələlərinin həllində münaqişə deyil, əməkdaşlıq mexanizmləri ön plana çıxıb. Həmçinin ilk dəfə olaraq Azərbaycanın irəli sürdüyü sülh gündəliyi regional siyasətin əsas istiqamətinə çevrilib və Ermənistan üçün də yeni seçim imkanları yaradıb.

Bu baxımdan, Vaşinqton razılaşmaları yalnız Azərbaycan-Ermənistan münasibətlərini tənzimləyən sənədlər deyil. Onlar, eyni zamanda, Cənubi Qafqazın gələcək siyasi xəritəsinin əsas konturlarını müəyyənləşdirən strateji qərarlar kimi qiymətləndirilməlidir”.

Orta Dəhliz regional sabitliyin və təhlükəsizliyin təminatçılarından biri kimi çıxış edir

Deputatın sözlərinə görə, müraciətdə xüsusi vurğulanan məsələlərdən biri də Zəngəzur dəhlizidir. Reallaşmaqda olan Zəngəzur dəhlizi həm Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan bölgəsini birləşdirəcək, həm də Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək. Bəzi dairələr bu layihəyə lokal nəqliyyat xətti kimi yanaşmağa çalışsalar da, söhbət, əslində, Avrasiyanın yeni iqtisadi və logistika xəritəsinin formalaşdırılmasından gedir. Bu gün qlobal iqtisadiyyat alternativ marşrutlara, təhlükəsiz ticarət yollarına və etibarlı tranzit şəbəkələrinə ehtiyac duyur. Azərbaycan isə Şərqlə Qərbi birləşdirən Orta Dəhlizin əsas dayaqlarından birinə çevrilərək bu prosesdə mühüm rol oynayır. Tarix göstərir ki, böyük ticarət yolları yalnız iqtisadi deyil, həm də siyasi təhlükəsizlik yaradır. Qarşılıqlı iqtisadi asılılıq münaqişə risklərini azaldır, əməkdaşlıq imkanlarını artırır. Bu baxımdan Zəngəzur dəhlizi və Orta Dəhliz təkcə yükdaşımaların deyil, eyni zamanda, regional sabitliyin və təhlükəsizliyin təminatçılarından biri kimi çıxış edir.

“Prezident İlham Əliyevin müraciətində diqqət çəkən digər mühüm istiqamət isə Türk dünyasının gələcəyi ilə bağlıdır. Dövlətimizin başçısı qeyd edir ki, dost və qardaş ölkələrlə, xüsusən Türk dünyası ilə birlikdə atılan qətiyyətli addımlar beynəlxalq əməkdaşlıq baxımından xüsusi əhəmiyyət daşıyır və ailəmiz olan Türk dünyasını XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevirir. Bu fikir son illərdə baş verən geosiyasi proseslərin ən mühüm nəticələrindən birini ifadə edir. Artıq Türk dünyası yalnız ortaq tarix, dil və mədəniyyət anlayışı ilə xarakterizə olunmur. Bu gün Türk Dövlətləri Təşkilatı çərçivəsində formalaşan əməkdaşlıq mexanizmləri siyasi koordinasiya, enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları, investisiya layihələri və müdafiə sənayesi sahələrini əhatə edir.

Müraciətdə yer alan başqa bir vacib məqam işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri ilə bağlıdır. Qarabağda və Şərqi Zəngəzurda hazırda 85 mindən çox insan təhlükəsiz və layiqli şəraitdə yaşayır. Bu rəqəm sadəcə statistika deyil. Bu, Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi siyasətin və əldə etdiyi uğurun göstəricisidir”, – deyə E.Mirzəbəyli vurğulayıb.

 

 

Əvvəlki Yazı

Siyasi şərhçi: Azərbaycanın regional təhlükəsizlik gündəliyində təşəbbüskar rolu bir daha təsdiqlənir

Növbəti Yazı

Anar Kərimov: “Halal iqtisadiyyatın inkişafı üçün tərəfdaşlıqları genişləndirməyə hazırıq”

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.