Aprel 29, 2026-16:16
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Tarixi memarlıq nümunələrinin bərpasında autentikliyin qorunması dövlət siyasətində prinsipial mövqedir

2026:04:29 - 12:49
in SİYASƏT
A A

Azərbaycanın inkişaf strategiyasında milli-mədəni irsin qorunması, onun beynəlxalq müstəvidə tanıdılması və işğaldan azad olunan ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesləri xüsusi prioritet istiqamətlərindən biridir. Bu çərçivədə müasir urbanizasiya yanaşmalarının tətbiqi ölkənin davamlı inkişaf modelinin əsas sütunlarından birini təşkil edir. Xüsusilə Ümumdünya Şəhərsalma Forumu (WUF-13) kimi nüfuzlu qlobal platformalar Azərbaycanın zəngin mədəni dəyərlərinin beynəlxalq ictimaiyyətə təqdim olunması, mədəni diplomatiyanın gücləndirilməsi və çoxtərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri, dosent Səfər Aşurov söyləyib.

O bildirib ki, azad edilən ərazilərdə həyata keçirilən “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları, tarixi-memarlıq irsinin bərpası və mədəniyyət ocaqlarının yenidən canlandırılması regionların sosial-iqtisadi dirçəlişinə xidmət etməklə yanaşı, Azərbaycanın beynəlxalq imicinin möhkəmləndirilməsinə də mühüm töhfə verir. Həmin ərazilərdə tarixi və dini abidələrin bərpası dövlətin mədəni irs siyasətinin mərkəzi istiqamətlərindən biridir. Bu proses yalnız fiziki infrastrukturun yenilənməsi ilə məhdudlaşmır, eyni zamanda, milli kimliyin, tarixi yaddaşın və beynəlxalq imicin formalaşdırılmasına xidmət edir.

Dosent qeyd edib ki, uzun illər vandalizmə məruz qalan abidələrin bərpası regionun tarixi-mədəni kimliyinin bərpasına yönələn məqsədyönlü siyasətin tərkib hissəsidir. Bu baxımdan, Yuxarı Gövhər Ağa Məscidi və Ağdam İmarət kompleksi kimi abidələrin yenidən qurulması yalnız memarlıq layihəsi deyil, həm də milli-mədəni simvolların dirçəldilməsi kimi qiymətləndirilir. Bununla yanaşı, milli irsin qorunması və gələcək nəsillərə ötürülməsi məqsədilə beynəlxalq tərəfdaşlarla əməkdaşlıq, xüsusilə UNESCO ilə əlaqələrin inkişafı və bərpa işlərinin beynəlxalq standartlara uyğun aparılması xüsusi əhəmiyyət daşıyır. Bu yanaşma Azərbaycanın multikultural və tolerant dəyərlərə əsaslanan cəmiyyət modelini beynəlxalq səviyyədə nümayiş etdirməsinə imkan yaradır.

S.Aşurovun sözlərinə görə, azad edilən ərazilərdə məscidlərin, muzeylərin və digər mədəniyyət ocaqlarının bərpası yalnız mədəni aspektlə məhdudlaşmır, eyni zamanda, sosial inteqrasiyanın gücləndirilməsi, iqtisadi fəallığın artırılması və dayanıqlı şəhərsalma proseslərinin təşviqi baxımından kompleks təsirə malikdir. Bu obyektlər ictimai həyatın yenidən formalaşmasında mühüm rol oynayaraq, əhalinin sosial birliyini və ictimai münasibətlərin inkişafını stimullaşdırır. Paralel olaraq, bərpa edilən mədəni irs nümunələri turizm potensialını artırmaqla xidmət sektorunun genişlənməsinə və regionların iqtisadi canlanmasına şərait yaradır.

“Tarixi memarlıq nümunələrinin bərpasında autentikliyin qorunması dövlət siyasətində prinsipial mövqe kimi qəbul olunur. Bu yanaşma həm mədəni irsin elmi əsaslarla qorunmasını, həm də beynəlxalq öhdəliklərə uyğun fəaliyyətin təmin edilməsini nəzərdə tutur. Zəruri hallarda “elmi rekonstruksiya” metodlarının tətbiqi ilə tarixi abidələrin mümkün qədər orijinal görünüşünün bərpası təmin edilir ki, bu da həm tarixi dəyərin saxlanmasına, həm də onların gələcək nəsillər üçün funksional qalmasına xidmət edir. Eyni zamanda, azad edilən ərazilərdə “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarının tətbiqi müasir urbanizasiya siyasətində innovativ yanaşmadır. Bu model çərçivəsində yaşayış məntəqələrinin planlaşdırılması ilkin mərhələdən etibarən inteqrasiya olunan şəkildə həyata keçirilir, enerji səmərəliliyi, resursların optimal idarə olunması və ekoloji tarazlıq təmin olunur. Pilot layihələr, o cümlədən Ağalı kəndi bu yanaşmanın praktik effektivliyini nümayiş etdirir və regionlarda balanslı məskunlaşma siyasətinə töhfə verir”, – deyə S.Aşurov qeyd edib.

“WUF-13 çərçivəsində Azərbaycanın mədəni irsinin beynəlxalq auditoriyaya təqdim olunması ölkənin mədəni diplomatiya imkanlarını genişləndirəcək. Bu platforma vasitəsilə Azərbaycan özünün tarixi irsini, müasir şəhərsalma təcrübəsini və multikultural dəyərlərini kompleks şəkildə təqdim edərək beynəlxalq tərəfdaşlarla yeni əməkdaşlığın formalaşdırılmasına nail ola bilər. Forum çərçivəsində təşkil olunacaq tədbirlər, sərgilər və kommunikasiya platformaları ölkənin mədəni brendinin qlobal səviyyədə möhkəmlənməsinə uzunmüddətli təsir göstərəcək”, – deyə dosent S.Aşurov əlavə edib.

Əvvəlki Yazı

NDU Çinin daha bir universiteti ilə əməkdaşlığa başlayır

Növbəti Yazı

Hörmüz böhranı fonunda Şərqi Asiya ölkələrinin Xəzər hövzəsinə marağı artıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.