May 13, 2026-2:30
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

TDT ölkələri metrologiya sahəsində daha sıx əməkdaşlıq edəcək

2026:04:03 - 14:39
in SİYASƏT
A A

Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin milli metrologiya qurumlarının rəhbərlərinin aprelin 2-də onlayn formatda keçirilən iclasında təşkilatın Baş katibinin müavini Merey Mukazhan metrologiya sahəsində həyata keçirilən fəaliyyətlər barədə iştirakçılara məlumat verib.

AZƏRTAC təşkilatın məlumatına istinadla xəbər verir ki, iclasda üzv dövlətlərin milli metrologiya qurumlarının rəhbərləri və yüksəksəviyyəli nümayəndələri iştirak ediblər. Azərbaycan Metrologiya İnstitutunun (AzMI) baş direktoru Xamis Seyranov, Qırğızıstanın İqtisadiyyat və Ticarət Nazirliyinin Ölçmələrin vahidliyinin təmin edilməsi sektorunun rəhbəri Jıldız Kazakova, Qazaxıstanın Texniki Tənzimləmə və Metrologiya Komitəsinin idarə rəisi Gulnara Yaşkina, Türkiyənin TÜBİTAK Milli Metrologiya İnstitutunun (UME) direktoru Mustafa Çetintaş və Özbəkistan Milli Metrologiya İnstitutunun (UzNIM) direktoru Lazizbek Saidaripov onlayn müzakirələrə qoşulublar.

İştirakçılar cari məsələləri müzakirə edib, aidiyyəti qurumlar arasında koordinasiyanın daha da gücləndirilməsi yollarını dəyərləndiriblər. Müzakirələrin əsas istiqamətlərindən biri də Türk Dövlətləri Metrologiya Təşkilatının (TÜRKMET) yaradılması məsələsi olub.

Bu çərçivədə iştirakçılar korporativ quruluş, fəaliyyətin təşkili ilə bağlı praktiki prosedurlar və TÜRKMET-in effektiv fəaliyyət göstərməsinə yönəlmiş digər məsələlərin də daxil ediləcəyi yol xəritəsi barədə fikir mübadiləsi aparıblar. Həmçinin müxtəlif texniki və inzibati məsələlər müzakirə edilib, təşəbbüslərin sıx koordinasiyasının davam etdirilməsinin vacibliyi vurğulanıb.

Əvvəlki Yazı

Ən çox bankçılıq mükafatını ABB qazandı!

Növbəti Yazı

Türk şəhid övladları Diasporla İş üzrə Dövlət Komitəsində olublar

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.