May 13, 2026-1:30
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Türk şəhid övladları Diasporla İş üzrə Dövlət Komitəsində olublar

2026:04:03 - 14:59
in SOSİAL
A A

Türkiyənin İstanbul şəhərinin Osmangazi rayon Kaymakamlığının və Azərbaycan Diasporuna Dəstək Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan–Türkiyə dostluq layihəsi” çərçivəsində türk şəhid övladları Azərbaycanda səfərdədir. Layihənin səfər proqramına uyğun olaraq, qonaqlar Diasporla İş üzrə Dövlət Komitəsində olublar.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Komitə sədrinin birinci müavini Valeh Hacıyev qardaş Türkiyədən gələn şəhid övladlarının Azərbaycan xalqı üçün böyük mənəvi dəyər daşıdığını vurğulayıb. O, Azərbaycan və Türkiyə arasında mövcud olan qardaşlıq münasibətlərinin ortaq tarix, dil və milli-mənəvi dəyərlərə əsaslandığını, həmçinin şəhidlərin müqəddəs xatirəsi ilə daha da möhkəmləndiyini bildirib. Şəhid övladlarının bu müqəddəs irsi layiqincə davam etdirdiklərini və hər iki ölkə üçün böyük qürur və iftixar mənbəyi olduqlarını diqqətə çatdırıb.

Görüşdə Azərbaycanda şəhid ailələrinə göstərilən diqqət və qayğının dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olduğu vurğulanıb. Həmçinin “Azərbaycan–Türkiyə dostluq layihəsi” çərçivəsində həyata keçirilən bu kimi təşəbbüslərin iki qardaş ölkə arasında dostluq və həmrəyliyin daha da gücləndirilməsinə, eyni zamanda, bu ali dəyərlərin gənc nəsillərə aşılanmasına mühüm töhfə verdiyi qeyd olunub.

Görüşdən sonra qonaqlar komitənin inzibati binası ilə tanış olublar. Onlara komitənin yaranma tarixi, fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr barədə geniş məlumat verilib.

Layihə çərçivəsində şəhid övladlarının ölkəmizin tarixi və mədəni məkanları ilə tanışlığı, həmçinin bir sıra rəsmi və mədəni tədbirlərdə iştirakı nəzərdə tutulub.

Əvvəlki Yazı

TDT ölkələri metrologiya sahəsində daha sıx əməkdaşlıq edəcək

Növbəti Yazı

Azərbaycan Portuqaliyadan nərə balıqları tədarük etməyə başlayıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.