ABŞ-ın Qrenlandiyanın ilhaqına adada nadir torpaq metallarının hasilatı üçün deyil, strateji təhlükəsizliyi təmin etmək üçün ehtiyacı var. ABŞ prezidenti Donald Tramp bunu Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı bildirib.
“Bu nadir torpaq elementlərinə çatmaq üçün yüzlərlə metrlik buz qatını aşmalıyıq. Buna ehtiyacımız olduğu üçün deyil. Strateji milli və beynəlxalq təhlükəsizlik üçün buna ehtiyacımız var”, – deyə o bildirib.
Tramp həmçinin bildirib ki, Qrenlandiya “əslində Şimali Amerikanın bir hissəsi olan nəhəng, müdafiəsiz bir adadır”. “Bu, bizim ərazimizdir, ona görə də ABŞ təhlükəsizliyi üçün əsas maraq kəsb edir”, – deyə o əlavə edib.
