ABŞ Danimarkanın muxtar ərazisi olan Qrenlandiyanın verilməsindən imtina edilsə, bunu xatırlayacaq. Bunu Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış edən ABŞ prezidenti Donald Tramp bildirib.
O, Qrenlandiyaya işarə edərək dedi: “Dünyanı qorumaq üçün bir buz parçası istəyirik. Və onlar bunu bizə verməyəcəklər. Biz heç vaxt başqa bir şey istəməmişik və həmin ərazi parçasını saxlaya bilərdik, amma etmədik.” Tramp Danimarka və digər Avropa ölkələrinə işarə edərək vurğuladı: “Beləliklə, onların seçimi var. Siz “bəli” deyə bilərsiniz və biz çox minnətdar olacağıq. Yaxud “yox” deyə bilərsiniz və biz xatırlayacağıq.”
Vaşinqton administrasiyasının rəhbəri əlavə edib ki, “Güclü və təhlükəsiz Amerika güclü və təhlükəsiz NATO deməkdir. Buna görə də silahlı qüvvələrimizin çox güclü olmasını təmin etmək üçün hər gün çalışıram.” (Tass)
