ABŞ prezidenti Donald Tramp ABŞ-ın İrana qarşı güc tətbiq etmə ehtimalı ilə bağlı suala cavab olaraq bildirib ki, Vaşinqton bu ölkədəki vəziyyəti izləməyə davam edəcək.
“Biz baş verənləri izləyəcəyik. Amma baş verənlərdən xəbərdar olan insanlardan çox yaxşı məlumat aldıq”, – deyə Amerika lideri Ağ Evdə jurnalistlərə bildirib. İrandakı vəziyyət barədə danışarkən o, həmçinin bildirib: “Biz digər tərəfdən çox vacib mənbələrdən məlumat aldıq. Deyirlər ki, qətllər dayandırılıb və heç bir edam olmayacaq. Bu gün çoxlu edam olmalı idi, amma olmayacaq”.
Tramp əlavə edib ki, “Biz izləyəcəyik. Amma bizə bunu etibarlı mənbə deyib. Ümid edirəm ki, bu, doğrudur”. (Tass)
