Almaniyanın Lufthansa Qrupuna məxsus aviaşirkətlər növbəti xəbərdarlığa qədər İran və İraq hava məkanından yayınmaq niyyətindədirlər. Bu barədə DPA xəbər agentliyinin məlumatına görə, Lufthansa sözçüsü bildirib.
Şirkət izah edib ki, Lufthansa şirkətinin Yaxın Şərqdə uçuşları məhduddur. 15-19 yanvar tarixlərində şirkət Tel-Əviv və Ammana gündüz saatlarında uçuşlar həyata keçirəcək. “Bu o deməkdir ki, heyətlər gecələmədən dərhal geri qayıdacaqlar. Bəzi uçuşların ləğvi də mümkündür”, – deyə aviaşirkət bildirib.
Lufthansa sözçüsü həmçinin bildirib ki, “Lufthansa Qrupuna daxil olan bütün aviaşirkətlər növbəti xəbərdarlığa qədər İran və İraq hava məkanından yayınacaqlar”. Bu tədbirlərdən təsirlənən sərnişinlərin biletləri sonrakı tarixlər üçün yenidən bron ediləcək. (Tass)
