Vaşinqton ABŞ ərazisini genişləndirmək və Qərb təhlükəsizliyini gücləndirmək üçün Qrenlandiyanın alınması ilə bağlı dərhal danışıqlara başlamaq niyyətindədir. Bunu ABŞ Prezidenti Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı bildirib.
Tramp bildirib ki, “Tariximiz boyunca bir çox başqa əraziləri əldə etdiyimiz kimi, bir çox Avropa ölkəsi kimi, ABŞ-ın Qrenlandiyanı əldə etməsi məsələsinə yenidən baxmaq üçün təcili danışıqlar aparmağa çalışıram. Lakin bu, NATO üçün təhdid olmayacaq. Bu, bütün alyansın təhlükəsizliyini xeyli artıracaq”.
Prezident hesab edir ki, ABŞ NATO daxilində ciddi ədalətsiz münasibətlə üzləşir. O, adanın alınmasının təkcə ABŞ-a fayda verməyəcək, həm də bütün Şimali Atlantika Alyansının bu strateji əhəmiyyətli bölgədəki mövqeyini gücləndirəcək məntiqi bir addım olacağını iddia edib. (Tass)
