Bəzi ölkə liderlərinin səhv qərarları ucbatından bir çox bölgələr məhv edilir. Bunu ABŞ Prezidenti Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumundakı çıxışında bildirib.
“Düzünü desəm, dünyanın bir çox hissəsi gözümüzün qabağında məhv edilir və liderlər nə baş verdiyini belə başa düşmürlər, bunu edənlər isə heç nə etmirlər”, – deyə Amerika lideri bildirib. O, bir sıra Qərb ölkələrində “dövlət xərclərinin daim artması, nəzarətsiz kütləvi miqrasiya və xaricdən sonsuz idxal” kimi siyasətlərin nəticələrindən danışıb. Tramp həmçinin bu nəticələri bərpa olunan enerjinin inkişafı ilə əlaqələndirib.
Tramp hansı ölkələrdən bəhs etdiyini açıqlamayıb. (Tass)
