ABŞ prezidenti Donald Tramp bəyan edib ki, ABŞ hökuməti Tayvanla bağlı Çinlə gərginliyin kəskin artacağını gözləmir.
O, Ağ Evdə Avstraliyanın baş naziri Entoni Albani ilə görüşün əvvəlində jurnalistlərin suallarını cavablandırarkən, “Məncə, Çinlə yaxşı olacağıq. Çin bunu istəmir. Əvvəla, ABŞ hazırda dünyanın ən güclü hərbi gücüdür. Onların tayı-bərabəri yoxdur, hətta yaxını da yoxdur. Bizdə ən yaxşı silahlar var. Bizdə hər şeyin ən yaxşısı var və heç kim bu barədə zarafat etməyəcək”.
“Və mən bunu prezident Xi [Jinping] ilə ümumiyyətlə görmürəm. Düşünürəm ki, Tayvana gəldikdə biz çox yaxşı anlaşacağıq”, – ABŞ prezidenti əlavə edib. (Tass)
