ABŞ prezidenti Donald Tramp Ukraynanın hazırkı hərbi münaqişədə qalib gələcəyinə inanmadığını bildirib.
“Onlar nəzəri cəhətdən hələ də qalib gələ bilərdilər. Düşünmürəm ki, qalib gələcəklər. Amma [nəzəri cəhətdən] hələ də bacara bilərlər”, – Amerika lideri Ağ Evdə Avstraliyanın baş naziri Entoni Albanese ilə görüşün əvvəlində jurnalistlərə açıqlamasında deyib. Tramp Ukraynanın potensial olaraq keçmiş sərhədlərinə qayıtması ilə bağlı son iddialarını şərh etmək istəyinə cavab verib. (Tass)
