Atəşkəs müddəti bitməmişdən əvvəl razılaşma əldə olunmazsa, ABŞ İrana qarşı hücumları bərpa edəcək. ABŞ prezidenti Donald Tramp bunu Nevada ştatına yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında bildirib.
O, atəşkəsin uzadılması ehtimalı ilə bağlı sualı cavablandırarkən deyib: “Deyərdim ki, əgər razılaşma olmazsa, döyüşlər yenidən başlayacaq”.
